Qorxunc Şimali Koreya həqiqətləri: Oradan gələn diplomat dəhşətləri danışdı

 
16-10-2024, 12:16            119 dəfə baxılıb
Şimali Koreyada həyat olduqca sərtdir, hakimiyyət ən xırda şeylərə görə vətəndaşları öldürə bilər – xüsusən də vacib bir şəxsin çıxışı zamanı kimsə zalda yuxuya getsə. Ən azı bir general bu səbəbdən güllələnib.
Bunu Ukraynanın Şimali Koreyadakı ilk səfiri İqor Litvin deyib.
Diplomat qeyd edib ki, Şimali Koreyanın emosiyaların ifadəsi ilə bağlı öz normaları var. Məsələn, mərhum liderlər Kim İr Sen və ya Kim Çen İrin ölümlərinin ildönümlərində insanlar “inandırıcı şəkildə kədərlənməli və bunda əminlik yaratmalıdırlar”.
“Kim İr Sen və ya Kim Çen İrin ölümlərinin ildönümlərində hamı normaları yerinə yetirdiyinə əmin olmaq üçün başqalarını izləyir. Normalar elədir ki, kədərlənmisənsə, ağlamalısan. Başqa cür davrana bilməzsiniz”, – Litvin vurğulayıb.
Pxenyan televiziyasının cəmi üç proqramı var: biri axşam, digər ikisi bütün günü yayımlanır. Şimali Koreya ekranları əsasən Kim İr Sen və Kim Çen İr kimi insanların vəfat etmələrindən duyulan “təəssüf”ü göstərir.
Şimali Koreyada mavi cins şalvar geyinmək də qadağandır. Bunu geyinənlər “kapitalist fırıldaqçı” sayılır. Litvinin sözlərinə görə, Pxenyan küçələrində çox az adama rast gəlmək olar. Bir və ya iki avtomobil, eləcə də bir neçə motosiklet geniş prospektlərdə hərəkət edə bilər. Küçələrdə işıqfor yoxdur, hərəkəti model görünüşlü qadınlar tənzimləyir.
Şimali Koreyadan Cənubi Koreyaya qaçmaq istəyən hər kəsə sərhədçilər tərəfindən yerindəcə güllələnmə əmri verilir. Bu, insanları qaçmağı ağıllarına gətirməsinlər deyə qorxutma üsuludur.
“Hakimiyyət xalqı qruplara bölüb. Pxenyanda yaşaya bilən imtiyazlı insanlar var, onlara “pomidor” deyirlər. Qalanları orta təbəqəyə – “almalar”a bölünüb. Üçüncü kateqoriya isə “düşmənlər”, özünü hakimiyyətə mənfi tərəfdən göstərən insanlardır”, – ukraynalı siyasəti söyləyib.
Şimali Koreyada həyatın başqa bir dəhşəti kütləvi cəza formuludur. Hakimiyyət bir şəxsin nədəsə səhv etdiyini düşünürsə, nəinki onu, bütün ailəni həbsə atırlar. Həbsxanada ər-arvadın uşaqları doğulsa, ikinci və üçüncü nəsillər də bütün ömürlərini həbsxanada keçirəcəklər.



Xəbəri paylaş


 
 


Xəbər lenti