Ankara terroru: hücum bu cür planlaşdırılıb – Ekspert

 
24-10-2024, 12:59            109 dəfə baxılıb
TUSAŞ aerokosmik şirkətinə hücum edənlər terror aktından əvvəl obyektdə ilkin qiymətləndirmə aparıb.
Bunu təhlükəsizlik üzrə ekspert Mustafa Böğürçü “RİA Novosti”yə bildirib.
O, hücumun müəssisənin təhlükəsizlik və kəşfiyyat sahəsində zəiflikləri müəyyən etməyə imkan verdiyini vurğulayıb.
Həmçinin qeyd edib ki, videogörüntüləri analiz edib və belə qənaətə gəlib ki, hücumun saatı plana uyğun həyata keçirilib. Silahlılar (səhər saat 8-dən, 15-00-a kimi) səhər növbəsinin bitməsini gözləyib, qəsdən hücumu saat 15:20-də həyata keçiriblər. Məqsəd işçilərin arasına qatılıb müəssisəyə girmək olub:
“Söhbət 4 milyon kvadratmetrlik istehsal sahəsindən gedir, bu, dünyada dördüncü ən böyük istehsal obyektidir. Orada səkkiz keçid məntəqəsi var. Obyektin miqyasına görə hücum edənlər əvvəlcə partlayıcıdan istifadə edib, sonra içəri girməyə cəhd ediblər. Onlar şok və təşviş içində olan işçilərlə birlikdə binaya daxil olub və hədəf seçmədən girişdə atəş açmağa başlayıblar. Çox güman ki, hücum edənlər əvvəlcə təhlükəsizlik, sonra isə müəssisənin əməkdaşlarını öldürüb və yaralayıblar”.
Ötən ilin oktyabrında Ankaranın mərkəzində parlament binası yaxınlığında törədilən terror aktını xatırladan Böğürcü vurğulayıb ki, PKK yaraqlıları oxşar sxemdən istifadə edərək partlayış törədib və sonra binaya girməyə cəhd etmişdilər.




Xəbəri paylaş


 
 


Xəbər lenti