Bir çox AB ölkəsi Əliyev kimi lider arzulayır
25-10-2024, 13:52 101 dəfə baxılıb
Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə məsuliyyətli iştirakçı kimi mövqe tutur. Bu, ilk növbədə Cənubi Qafqazda baş verən son hadisələr fonunda geosiyasi çəkisini kəskin şəkildə artırmış ölkədir. Azərbaycanda irimiqyaslı enerji və infrastruktur layihələri həyata keçirilir.
Bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində Azərbaycanın BRİKS-də perspektivləri barədə danışarkən deyib.
“Üstəlik, müasir nəqliyyat logistikası sisteminə əsaslanan Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiyada ən mühüm geoiqtisadi oyunçudur. Bu səbəb və şərait nəticəsində Azərbaycanın siyasi, iqtisadi, hərbi statusu və çəkisi xeyli artmışdır. Bunu bu gün hamı tanıyır. Ən əsası isə Azərbaycan milli maraqların müdafiəsinə yönəlmiş suveren siyasət yürüdür. Həmin ABŞ Azərbaycana təzyiq göstərməyə, şantaj etməyə çalışdı, amma heç nə alınmadı. Bu, Baydenin Prezident İlham Əliyevə xüsusi müraciət yazması və onu Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanmasına inandırması ilə başa çatıb. Təbii ki, Azərbaycan belə bir sazişi o zaman bağlayacaq ki, o, tam hazır olsun, sülh və sabitlik maraqlarına cavab versin, nəinki Amerikanın istədiyinə”, – o bildirib.
Korotçenkonun sözlərinə görə, BRİKS sammitindəki çıxışı ilə İlham Əliyev müasir dünyanın aparıcı siyasi liderlərindən biri olduğunu göstərdi:
“Güclü, özünə güvənən, strateji məqsəd qoyan, böyük intellektual! O, bu gün çoxlarının öz dövlətin başında olmasını arzuladığı liderdir. O cümlədən Avropa Birliyinin bir çox ölkələri bunu arzulayır. Azərbaycan bu gün Cənubi Qafqazda açıq-aşkar dominantlıq edir. Əliyev təkcə dövrün tendensiyalarını hiss etmir, həm də öz regionunda və onun hüdudlarından kənarda daha çox müasir siyasəti formalaşdırır. Azərbaycan bu gün obyektiv olaraq bu regionun taleyi üçün məsuliyyət daşıyır”.

Xəbəri paylaş