Gürcüstan Fransanın hərbi texnikasını Ermənistana buraxmayıb

 
1-11-2024, 13:15            146 dəfə baxılıb
Hurriyyet.az xəbər verir ki, Gürcüstan Fransanın  CEASER - SEZAR haubitsalarını Ermənistana buraxmayıb. Ermənistan mətbuatının yazdığına görə, politoloq Qurgen Simonyan bu barədə fikir bildirib: "Bəziləri iddia edirlər ki, Qərbin silahı Gürcüstan vasitəsilə ölkəyə daxil olur. Ciddisinizmi? Bəs onda niyə CAESAR indiyə qədər Potidə, yaxud da Gürcüstanın hansısa bölgəsində qalıb?"
Onun sözlərinə görə, Ermənistanda ABŞ-ın dövlət katibi Entoni Blinkenin göstərişlərini gözləməlidirlər. Politoloqun sözlərinə görə, Blinken "Gürcüstanla qarşıdurmaya işarə vurur". Simonyan deyib: "Erməni hakimiyyətinin yerində olsaydım, Dövlət Departamentinin mövqeyini gözləyərdim. Diqqət etdinizmi? Blinkenin açıqlamalarında seçkilərlə bağlı təbrik yoxdur, mümkün qarşıdurmaya işarələr var".
Hürr Tərcüman



Xəbəri paylaş


 
 


Xəbər lenti