Paşinyan Ərdoğanla görüşmək üçün Putindən icazə istəyib?

 
8-07-2022, 12:33            63 dəfə baxılıb
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıqla bağlı Kremlin yaydığı mesajda diqqətəlayiq bir detal var: “Nikol Paşinyan Vladimir Putinə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş təmaslar barədə məlumat verib”. Ancaq bu ifadə Ermənistan baş nazirinin rəsmi saytında yer almayıb.
Əyalətmedia.az xəbər verir ki, bu barədə informasiyanı İrəvanın “Qraparak” nəşri yayıb.


“Söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub və Kremlin mesajına əsasən, Paşinyan Putinə zəng edərək ona Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və əldə olunan razılaşmalar barədə məlumat verib.
Ehtimal olunur ki, Paşinyan Ərdoğanla görüşmək üçün Putindən icazə istəyib”, – deyə qəzet qeyd edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti