Paşinyan: “Dəmirdən, köhnə mebel parçalarından olan xaçlar xristianlığı gözdən salır”
Ötən gün Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan ölkənin müxtəlif bölgələrinə səfərindən sonra təəssüratlarını bölüşüb.
Əyalətmedia.az erməni KİV-nə istinadən xəbər verir ki, o, Ermənistanda xaçların “kortəbii şəkildə” peyda olduğunu bildirib.
“Hara gedirsən, orada plastikdən, dəmirdən, köhnə mebel parçalarından, tikinti qalıqlarından xaçlar var. Nə baş verdiyini başa düşməliyik? Mən tapşırdım ki, gedən prosesləri öyrənək və buna qiymət verək”, – deyə baş nazir bildirib.
Paşinyan bildirib ki, şəhərsalma ən mühüm dövlət funksiyasıdır:
“Mənim üçün şəhərsalma düşüncə formasının formalaşması üçün ən vacib institutdur”.
O, qeyd edib ki, bir çox hallarda xaçların qoyulmasının nəinki xristianlıq və şəhərsalma ilə heç bir əlaqəsi yoxdur:
“Bu, xristianlığı, etiqadı və şəhərsalmanı gözdən salır”.