Güllələnən sabiq Baş nazir VƏFAT ETDİ - (YENİLƏNİB -1)
8-07-2022, 13:01 73 dəfə baxılıb
Yaponiyanın sabiq Baş naziri Sindzo Abe vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri məlumat yayıb.
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin son durumu açıqlanıb.
"Əyalətmedia.az" “Sky News”a istinadən xəbər verir ki, onun vəziyyəti barədə ölkənin müdafiə naziri Nabuo Kisi məlumat verib.
Nazir keçmiş hökumət başçısının səhhətinin ağır olduğunu və ona qan köçürüldüyünü söyləyib.
Həmçinin S.Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqaminin polisə verdiyi ilkin ifadəsi mətbuata sızıb. O, müstəntiqlərə ifadəsində sabiq Baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək istədiyini bildirib.
***
09:23
Yaponiyanın Nara şəhərində keçmiş baş nazir Şinzo Abenə qarşı sui-qəsd edilib.
"Unikal" "Kyodo News"a istinadən xəbər verir ki, siyasətçi çıxış edərkən naməlum şəxs tərəfindən kürəyindən 2 güllə yarası alıb.
İlkin məlumata görə, sabiq baş nazirin hər iki ağciyəri zədələnib. O, vurulduqdan sonra yerə yıxılıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hücumçunu hadisə yerində saxlayıb. Atəş açan şəxsin 40 yaşlı Nara şəhər sakini olduğu məlum olub.
***
09:02
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
"Unikal" “Bloomberg“ə istinadən xəbər verir ki, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Şahidlərin dediyinə görə, 2 atəş səsi eşidilib.
Onu güllələyən Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqami polis tərəfindən saxlanılıb.

Xəbəri paylaş