SON DƏQİQƏ! İran bu xəbərlə ÇALXALANIR - Gizli qərar verildi, Xameneinin varisi...

 
19-11-2024, 13:31            80 dəfə baxılıb
İranda ali dini lider Əli Xameneinin 55 yaşlı oğlu Müctəba Xameneinin atasının postunu tuta biləcəyi ilə bağlı xəbərlər ölkədə və dünyada geniş müzakirə mövzusuna çevrilib. Buna səbəb 85 yaşlı Əli Xameneinin sağlamlıq vəziyyətinin pisləşməsidir.
Musavat.com xəbər verir ki, müxalif “İran International” nəşri bu barədə gizli qərarın artıq qəbul edildiyi iddia edir.
Nəşr yazır ki, İranın Ekspertlər Şurasının təşkil etdiyi gizli komissiya artıq Müctəba Xameneinin varisliyini təsdiq edib.
Lakin hakimiyyətin ötürülməsi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Bununla belə, xəbərin yayılması və qeyri-müəyyənlik Tehranda gərginliyin artmasına səbəb olub.
Müctəba Xamenei atasının sağlığında ali lider təyin edilə biləcək əsas namizəd kimi göstərilir. SEPAH-la (İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın əlaqələri və rejim daxilindəki təsiri onun üstünlükləri arasında qeyd edilir. Tənqidçilər isə Müctəbanın belə bir rolu yerinə yetirmək üçün kifayət qədər dini və idarəçilik bacarığına malik olmadığını iddia edir. Onlar bu təyinatın İslam ənənələrinə zidd olduğunu vurğulayır və onu monarxiya ilə müqayisə edirlər.
Müctəba Xamenei dini təhsil alıb və İran-İraq müharibəsində xidmət edib. Lakin ölkə daxilində nüfuzu sual altındadır. Belə ki o, 2009-cu il Yaşıl Hərəkatı zamanı zorakılıq və 2022-ci ildə Məhsa Amininin ölümü ilə bağlı etirazların qəddarlıqla yatırılmasında iştirakda ittiham olunub.
Bəzi ekspertlər hakimiyyətin ötürülməsinin SEPAH-ın təsirindən asılı olacağını bildirir. Müctəbadan başqa, digər namizədlər arasında Məhəmməd Mehdi Mirbaqeri, Əli Rza Ərafi, Həsən Ruhani və Sadiq Laricani kimi siyasi və dini liderlərin adları çəkilir.







Xəbəri paylaş


 
 


Xəbər lenti