Tiflisdə etiraz aksiyası dağıdılıb - 16 nəfər saxlanılıb

 
19-11-2024, 14:57            24 dəfə baxılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tiflisdə müxalifətin aksiyasını dağıdarkən 16 nəfəri saxlayıb.
Əyalətmedia.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinə istinadən xəbər verir.
Saxlanılanlardan üçü zaminə buraxılıb.
Qeyd edək ki, noyabrın 19-da səhər saatlarında Gürcüstan paytaxtında parlament seçkilərinin nəticələrinə etiraz edənlərlə Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşmalar başlayıb. Etirazçılar polisə daş atıblar və asayiş keşikçiləri onlara gözyaşardıcı qazla cavab veriblər.
Bir gün əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını parlament seçkilərinin nəticələrinə etirazlarını davam etdirməyə çağırıb.
Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Nəticədə hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib, müxalifət koalisiyasının üzvləri hətta deputat mandatlarından da imtina ediblər.



Xəbəri paylaş


 
 


Xəbər lenti