Xarici diplomatlar Lavrovla birgə foto və yeməkdən imtina etdi
8-07-2022, 13:31 63 dəfə baxılıb
İndoneziyanın Bali adasında G20 ölkələrinin xarici işlər nazirləri Rusiyanın XİN rəhbəri Sergey Lavrovla ənənəvi birgə foto çəkdirməkdən imtina ediblər. Əyalətmedia.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Kyodo” agentliyi yayıb.
Məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinken və digər Qərb ölkələrinin diplomatları Sergey Lavrovla birgə şəkil çəkdirməkdən yayınmağa çalışıb.
Bildirilir ki, Rusiya tərəfi hələ ki, bu məsələ barədə açıqlama verməyib.
İndoneziyanın xarici işlər naziri Retno Marsudi daha əvvəl bildirib ki, iyulun 7-si G7 ölkələrinin nümayəndələri birgə naharda iştirak etməkdən imtina ediblər. Burada da səbəb Sergey Lavrovun naharda iştirak etməsi olub. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova qeyd edib ki, Lavrov “naharı boykot edənlərin orada olub-olmamasının fərqinə varmayıb”.
Xatırladaq ki, iyulun 7-si Balidə G20 ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb. İclas çərçivəsində əsas müzakirələrin bu gün keçiriləcəyi gözlənilir.

Xəbəri paylaş