Britaniyanın yeni baş naziri o olacaq - Sorğuda rəqiblərini iki dəfə üstələdi
8-07-2022, 14:01 70 dəfə baxılıb
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Mühafizəkarlar Partiyasının lideri və ölkənin gələcək baş naziri olmaq üçün favoritdir.
Əyalətmedia.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "YouGov" analitik resursunun açıqladığı sorğunun nəticələrində bildirilir.
Britaniya toriləri arasında keçirilən Boris Consonun istefasından sonra partiya üzvlərinin kimləri lider kimi görməyə üstünlük verəcəyi ilə bağlı sorğuda B.Uolles birinci yeri tutub (səslərin 13%-i). İlk üçlükdə, həmçinin Böyük Britaniyanın ticarət siyasəti naziri Penni Mordont (12%) və maliyyə naziri Rişi Sunak (10%) yer alıb.
Mühafizəkarlar partiyasının lideri və Böyük Britaniyanın baş naziri postuna digər populyar namizədlər arasında xarici işlər naziri Liz Trass və mənzil-kommunal təsərrüfat naziri Maykl Qouv da var.
Torilər arasında "head-to-head" sorğusunun (bu sorğuda respondentlərə yalnız iki namizəd seçmək imkanı verilir) nəticəsinə görə, cənab Uolles rəqiblərini orta hesabla 2 dəfə üstələyib.
Böyük Britaniyanın baş naziri Boris Conson bu gün istefa verdiyini açıqlayıb. Onun bu qərarı kişilərə cinsi təcavüzdə ittiham olunan keçmiş xarici işlər nazirinin müavini Kristofer Pinçerin təyinatı ilə bağlı qalmaqal fonunda 50-yə yaxın siyasətçinin hökuməti tərk etməsi ilə bağlıdır. B.Conson xalqa müraciətində vurğulayıb ki, o, yeni liderə ehtiyacı Mühafizəkarlar Partiyasının iradəsi hesab edir.
Əyalətmedia.Az

Xəbəri paylaş