HTŞ Əsədin ordusunu darmadağın etdi – Nələr ələ keçirib?
3-12-2024, 12:41 78 dəfə baxılıb
Suriyada üsyançılarla ordu arasında qarşıdurma altıncı gündür ki, davam edir. Hökumət qüvvələri 2012-ci ildən bəri ilk dəfə Hələbə nəzarəti itirib. Yaraqlılar Suriya ordusunun silah və texnikanı, o cümlədən Rusiyanın Pantsir-S1 hava hücumundan müdafiə raket sistemlərini və tam sursatı olan Uraqan MLRS-ni tərk etdiyi ən azı iki hava bazasını ələ keçirib.
Bu barədə Rusiyanın Teleqram kanalları yazır.
“Hərbi xəbərçi” Teleqram kanalı “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının Hələb yaxınlığındakı Kvayres aviabazasına döyüşsüz daxil olduğunu yazıb. Belə ki, bazadakı Suriya rejim qüvvələri heç bir müqavimət göstərmədən təslim olublar. Buradakı böyük arsenal və hərbi texnika terrorçuların əlinə keçib. Üsyançılar atıcı silah, döyüş sursatı və zirehli texnika ilə yanaşı, Mi-8 helikopterini, L-39 döyüş təlim təyyarəsini və bəzi mənbələrə görə, S-200 zenit-raket kompleksini, o cümlədən Strela-10 özüyeriyən hava hücumundan müdafiə sistemi və Pantsir-S1 hava hücumundan müdafiə raket sistemini qənimət olaraq götürüblər.
Kanal iddia edir ki, HTŞ üzvləri İranın yeni kəşfiyyat və zərbə pilotsuz təyyarəsi Əbabil-3-ü, eyni zamanda “Uraqan”ı tam sursatı ilə ələ keçirib.
Bundan əlavə, yaraqlılar T-72 və T-55 tanklarını, BTR-80 zirehli transportyorlarını, Qrad, 130 mm-lik M-46 topunu və digər sursatlar olan Suriya ordusunun tərk etdiyi Əbu əd-Duhur aviabazasını da nəzarətə götürüb. Kanalın məlumatına görə, İdlibin cənubunda terrorçular həmçinin altı T-62M tankı və iki 122 mm-lik “Qvozdika” ələ keçiriblər.
“Röyters”in məlumatına görə, Hələbdən başqa “Təhrir əl-Şam” silahlıları İdlibin cənubundakı Maarat ən-Numan şəhərini də ələ keçiriblər ki, bu da üsyançıların əyalət üzərində tam nəzarəti deməkdir. “Skat Nyus Arabia” İdlibin şərqindəki Şeyx İdris, Rayyan, Tal Debs və Əl-Kanais kəndlərinin də onların nəzarətinə keçdiyini yazıb. Kanal terrorçuların strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Saraqib şəhərini də tutduğunu bildirib.
Suriya ordusu isə əks-hücuma hazırlaşdığını, terrorçuların mövqeyinə zərbələr endirdiyini bildirib.

Xəbəri paylaş