İrəvanda avtobus sürücüləri tətilə başladı, xaos yarandı
3-12-2024, 13:37 100 dəfə baxılıb
Ermənistanda “Yerevan Avtobus” QSC səhər saatlarından tətilə başlayıb.
“AzPolitika” yerli mediaya istinadla xəbər verir ki, tətil səbəbindən bu gün bir çox avtobuslar işləməyib, nəticədə səhər tezdən avtobus dayanacaqlarında sıxlıq yaranıb.
Tətil edən sürücülər avtobus parkına toplaşaraq rəhbərliklə görüş gözləyirlər. Rəhbərlik isə hələ də sürücülərlə görüşməyib, səhər saatlarında isə onların hamısının işdən çıxarıldığını bildiriblər. Lakin sonradan parkın bağlı qapıları açılıb və 10-a yaxın avtobus parka qayıdıb. Sürücülər jurnalistlərə səhər saatlarında içəri buraxılmadıqlarını bildiriblər.
İrəvan bələdiyyəsi tətilə cavab olaraq bildirib ki, sürücülərin heç bir xəbərdarlıq etmədən marşrutlara daxil olmaqdan imtina etməsi, işə və başqa yerlərə tələsən on minlərlə vətəndaşı çıxılmaz vəziyyətdə qoyur. İrəvan merinin mətbuat katibi Hayk Kostanyan bildirib ki, vahid bilet satışı sisteminin tətbiqi nəticəsində kölgə trafikinin əhəmiyyətli dərəcədə azaldılıb, sürücülərin qaldırdıqları məişət xarakterli məsələlər mütəmadi olaraq həll edilib. O, vurğulayıb ki, çoxlu sayda sürücü növbəti dəfə şantaj təzahürləri ilə dolu olan məntiqsiz tələblərlər irəli sürürlər.

Xəbəri paylaş