Dəməşqdən əvvəlki son qala: Üç tərəfdən mühasirəyə alındı

 
5-12-2024, 12:30            109 dəfə baxılıb
Suriyada hökumət qüvvələrinin güclü müqaviməti ilə qarşılaşmayan silahlı müxalif qruplar irəliləyirlər. Həma şəhəri ətrafında toqquşmalar getdikcə şiddətlənir.
Bu barədə AFP məlumat yayıb.
Suriyanın rəsmi agentliyi SANA bildirir ki, ölkə başçısı Bəşər Əsəd əks-hücum üçün qüvvələrini gücləndirmək məqsədilə hərbçilərinin maaşlarının 50 faiz artırılmasını əmr edib.
SANA Həma əyalətinin şimalında müxaliflərlə şiddətli toqquşmaların olduğunu da yazır. Mənbə əlavə edir ki, Rusiyanın döyüş təyyarələri Suriya qüvvələrinə dəstək verir.
Hökumət qüvvələrinin son 24 saat ərzində Həma və ətrafına çoxlu sayda hərbi texnika gətirdiyi, tank, silah, sursat və hərbçilərlə dolu onlarla yük maşınının şəhərə doğru irəlilədiyi deyilir.
Rusiya və İran zabitlərinin rəhbərlik etdiyi rejim qüvvələri Həmanın şimal-qərbində müxalifətin hücumlarını dəf ediblər.
 
Suriyanın mərkəzində strateji mövqedə olan Həmada müxalifət şəhəri üç tərəfdən mühasirəyə alıb və intensiv toqquşmalar gedir. Həmadakı qaynar qarşıdurmanı “Əl-Cəzirə” son bir neçə gündə baş verən ən mühüm hadisə kimi təsvir edir.
AFP-nin məlumatına görə, paytaxt və güc mərkəzi olan Dəməşqi qorumaq üçün sonuncu qala anlamına gələn Həmanı saxlamaq Suriya rejimi baxımından həyati əhəmiyyət kəsb edir.
Müxalifətlərin sürətli hücumlarla Əsəd rejiminin əlindən aldıqları Hələbdən sonra Homsa olan məsafə də qısalıb. Şəhər müxaliflərin mövqelərindən cəmi 3 km məsafədədir. Hökumət qüvvələrinin cənubda Homs istiqamətində yalnız bir çıxışı var.



Xəbəri paylaş


 
 


Xəbər lenti