Erməni Nobel mükafatı laureatının nadir kitabını oğurladı
14-07-2022, 11:08 50 dəfə baxılıb
Moskva şəhərində yaşayan 35 yaşlı Armine Minasyan rusiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Boris Pasternakın nadir nəşrini oğurladığı üçün saxlanılıb.
Qeyd olunur ki, kitabxanadan oğurlanmış nəşrin dəyəri 5 milyon rubla (139 min manata) bərabərdir.
“Seçilmişlər” adlanan kitab 1948-ci ildə nəşir edilib. Lakin Sovet İttifaqı dövründə kitab “dövrünün reallığını əks etdirmir” bəhanəsi ilə qadağan olunaraq məhv edilib.
İndi müstəntiqlər Armine Minasyanın Petrozavodsk şəhərində yerləşən kitabxanadan həyata keçirdiyi oğurluğun detallarını araşdırırlar.
Əlavə olaraq qeyd olunur ki, oğurlanmış kitab müsadirə edilib və tezliklə tarixi və mədəni ekspertizaya göndəriləcək. (Mənbə: Karelinform.ru)

Xəbəri paylaş