AB Əsəd rejiminin qaçan şəxslərinə qapını bağladı - Sikorski
13-12-2024, 12:23 77 dəfə baxılıb
Avropa ölkələri Suriyanın keçmiş hakimiyyət orqanlarının nümayəndələrinin Avropaya qaçmasının qarşısını almaq üçün Suriya vətəndaşlarının sığınacaq müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlib.
Mediatv.az xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Bəzi dövlətlər, mənim başa düşdüyüm qədər, hazırda Bəşər Əsəd rejiminin qaçan nümayəndələrinə sığınacaq hüququ verməmək üçün sığınacaq müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlir”, - nazir bildirib.
Qeyd edək ki, daha öncə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Kipr, Norveç, Polşa, Finlandiya, Xorvatiya, Çexiya, İsveçrə, İrlandiya və Yunanıstan suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdıqlarını bəyan ediblər.

Xəbəri paylaş