"Kreml "könüllü batalyonlar" yaratmağı əmr edib" - ABŞ institutu

 
14-07-2022, 11:22            84 dəfə baxılıb
Kreml Rusiyanın regionlarına Ukraynadakı müharibədə iştirak etmək üçün "könüllü batalyonlar yaratmağı əmr edib”.
“Əyalətmedia.az” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun saytında yazılıb.
Qeyd olunub ki, bu, çox güman ki, qismən və ya tam səfərbərlik elan etməmək üçün atılan addımdır: "Rusiya mətbuatı yazıb ki, 6 aylıq müqavilə üçün Rusiyada kişilərə 3750-6000 ABŞ dolları arasında maaş təklif olunur. Rusiya mətbuatı, həmçinin Kursk vilayətində, Primorsk diyarında, Başqırdıstanda, Çuvaşıstanda, Çeçenistanda, Tatarıstanda, Moskvada, Permdə, Nijni Novqorodda qondarma könüllü batalyonların yaradılması və yerləşdirilməsini təsdiqləyib”.
Məlumata görə, bəzi federal subyektlərdə “könüllü batalyonların” yaradılması ləngiyə bilər.
Həmçinin qeyd olunub ki, Rusiya qüvvələri cənub istiqamətində müdafiə əməliyyatlarına üstünlük verir. Çünki Ukrayna müdafiəçiləri qarşı tərəfin sursat anbarlarını atəşə tutmağa davam edir.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın iyulun 15-də müharibə və ya səfərbərlik elan edəcəyi barədə məlumat yayılmışdı.
Ukrayna kəşfiyyatı isə hesab edir ki, Rusiya yaxın gələcəkdə ölkə daxilində müharibə və ya səfərbərlik elan etməyəcək.



Xəbəri paylaş


 
 


Xəbər lenti