GENERALI ÖLDÜRƏN SAXLANILDI - Özbəkistan vətəndaşı olduğu iddia edilir + VİDEO(Yenilənib)
18-12-2024, 14:49 76 dəfə baxılıb
Rusiya İstintaq Komitəsi Moskvada Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin (RCBZ) rəhbəri İqor Kirillov və onun köməkçisinin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxslərin tutulduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, İstintaq Komitəsi partlayışı bilavasitə törədən şəxsin 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı olduğunu bildirib.
İddia olunur ki, saxlanılan şəxs dindirilmə zamanı Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunduğunu deyib. Generalı öldürdüyünə görə ona 100 min dollar və yaşamaq üçün Avropa ölkələrindən birinə çıxış vəd edilib.
İstintaq Komitəsinin məlumatına görə, həmin şəxs Ukrayna tərəfinin göstərişi ilə Moskvaya gələrək əldəqayırma partlayıcı qurğu ilə təchiz olunub. Onu elektrik skuterinə qoyub və skuteri Kirillovun yaşadığı binanın girişində saxlayıb. Şübhəli şəxs evə nəzarət etmək üçün avtomobil icarəyə götürüb və orada kamera quraşdırıb.
İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Pitrenko görüntülərin həmin kameradan onlayn olaraq Dnepr şəhərinə yayımlandığını bildirib: “Hərbi qulluqçuların girişdən çıxması ilə bağlı video siqnal alındıqdan sonra partlayıcı qurğu onlar tərəfindən uzaqdan işə salınıb”.
Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində Özbəkistan vətəndaşı saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk xəbər verib. Saxlanılan şəxsi mümkün ömürlük həbs cəzası gözləyir.
Daxili İşlər Nazirliyinə yaxın mənbə RBC-ya bildirib ki, təhlükəsizlik qüvvələri əməliyyat və texniki tədbirlər nəticəsində şübhəlilərin şəxsiyyətini müəyyənləşdirib. Xüsusilə, qətl yerinə yaxın ərazidə yerləşən videokameraların çəkilişlərinin təhlili aparılıb. Mənbənin sözlərinə görə, avtomobildəki videoreqistratorun çəkilişi böyük rol oynayıb.
Hüquq-mühafizə orqanları şübhəli şəxslərin axtarışı zamanı mobil telefon hesabından da istifadə ediblər. Onlar edilən zənglər və obyektlərin bütün hərəkətləri haqqında məlumatları təhlil edərək cinayəti törədənləri tapıblar.
“AzPolitika.info”

Xəbəri paylaş