On yaşlı qızın bu addımı Ukraynanı kövrəltdi... - Video

 
14-07-2022, 12:13            69 dəfə baxılıb
Ukraynanın paytaxtı Kiyevdə 10 yaşlı Valeriya Yejova ölkənin Silahlı Qüvvələri üçün 21 000 qrivna (700 dollardan bir qədər artıq) vəsait toplayıb.
“Əyalətmedia.az” “Unian”a istinadən xəbər verir ki, Yejova küçədə pul qarşılığında dama oynayaraq bu vəsaiti toplayıb.
O, daha sonradan aktyor və orduya dəstək üçün könüllü olan Sergey Pritula ilə görüşüb və topladığı vəsaiti ona təqdim edib. Bu zaman Pritula göz yaşlarına hakim ola bilməyib. 
Görüşün görüntülərini isə Yejovanın anası sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, Valeriya Yejova dama üzrə dünya çempionudur.






Xəbəri paylaş


 
 


Xəbər lenti