"Ukrayna bir ilə qalib gələ bilər" - ABŞ-ın briqada generalı

 
15-07-2022, 11:35            69 dəfə baxılıb
“Mən hesab edirəm ki, Ukrayna bir il ərzində qalib gəlməlidir”.
“Əyalətmedia.az” xəbər verir ki, bunu ABŞ-ın İraq və Əfqanıstan müharibələrinin veteranı, istefada olan briqada generalı Mark Arnold “RBK-Ukraina”ya müsahibəsində bildirib.
“Putinin rəhbərlik etdiyi Rusiya Ukrayna ilə sonsuzadək müharibə şəraitində olacaq. Daha öncə dediyim kimi, Ukrayna öz xalqının, hərbçilərinin dözümlülüyünə və Rusiyanı məğlub etmək motivasiyasına malikdir. Ukrayna qalib gələ bilər. Ukraynanın bir il ərzində Rusiyanı məğlub etməsi üçün Qərbin onu silahla təmin etmək imkanları var. Qərb uzanan müharibəni dəstəkləməkdən yorula bilər. Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün hər ay 5 milyard dollar lazımdır.
Hesab edirəm ki, yaxın bir neçə ayda, gələn il ərzində Rusiyanı məğlub etmək üçün Ukraynaya Qərb aviasiyası lazımdır”, - briqada generalı vurğulayıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti