Tramp transseksuallara orduda xidməti yasaqlayır
28-01-2025, 13:43 105 dəfə baxılıb
ABŞ prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin siyasətini kökündən dəyişdirəcək üç fərman imzalamaq niyyətindədir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin iki rəsmisinin verdiyi məlumata görə, sərəncamlar arasında transgender hərbçilərə orduda qadağa, müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarının azaldılması və imtina etdiyi üçün işdən qovulan hərbçilərə geri ödənişlərin bərpası daxildir.
Əmrlər Pit Heqsetin yeni müdafiə naziri kimi and içməsindən iki gün sonra verilib. Heqset DEI proqramlarını tənqid etməsi və orduda "mədəni dəyişikliklər" etmək, o cümlədən "oyanmış" hərbçilərin sıradan çıxarılması niyyəti ilə tanınır.
"Hərbi xidmət siyasi və ya sosial eksperimentlərə deyil, döyüş hazırlığına və effektivliyə diqqət yetirməlidir", -Heqset deyib.
Yeni fərmanın əsas məqamlarından biri də transseksual hərbçilərin xidmətdən kənarlaşdırılması və orduya qəduluna qadağa qoyulması olacaq. Tramp artıq 2017-ci ildə belə bir qərar verib, lakin 2021-ci ildə onun varisi Co Bayden onu ləğv edib. İndi Tramp qaydaları sərtləşdirmək, hərbi qulluqçuların fiziki hazırlığı ilə bağlı yeni standartlar əlavə etmək niyyətindədir.
Ağ Ev rəsmiləri deyirlər ki, qadağa orduda fiziki və əqli hazırlığın yüksək səviyyədə saxlanması zərurətindən irəli gəlir.

Xəbəri paylaş