"Putin Ukrayna müharibəsində artıq məğlub olub"- Britaniya Silahlı Qüvvələrinin admiralı
18-07-2022, 12:47 78 dəfə baxılıb
"Ukraynadakı müharibədə 50 min rus hərbçisinin ölməsi və ya yaralanmasıyla birlikdə Rusiya ordu qüvvələrinin 30 faizi sıradan çıxıb. İndiyə qədər Rusiya ordusuna məxsus təxminən 1700-ə yaxın tank və 4000-ə yaxın zirehli döyüş maşını məhv edilib. Bütün bunlar onu göstərir ki, Putin Ukrayna müharibəsində artıq məğlub olub".
"Əyalətmedia.az" beynəlxalq KİV-lər istinadla xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakin bildirib.
O, Ukraynanın bütün ərazilərini bərpa etməyi planlaşdırdığını deyib: “Əgər biz Donbasa diqqət yetirsək, bu, Ukrayna ərazisinin 10 faizindən də azını təşkil edir. Rusiya 150 gündür ki, bu ərazini ələ keçirmək üçün mübarizə aparır. Hazırda Ukrayna tərəfi döyüş effektivliyinin 30 faizindən çoxunu itirmiş Rusiyanı məğlub edə biləcəyinə tamamilə inanır".
Toni Rdakin Vladimir Putinin “devrilməsi” və ya “rejim dəyişikliyi” ilə üzləşə biləcəyi ilə bağlı fərziyyələri “xəyalpərəst düşüncə” adlandırıb: “Putin istənilən müxalifəti darmadağın edə bilər. Hazırda heç kimin Putinə etiraz edəcək motivi yoxdur".

Xəbəri paylaş