Şoyqu general Muradovu Ukraynaya göndərdib - Ona bu bölmələri məhv etmək göstərişi verdi
18-07-2022, 12:57 74 dəfə baxılıb
44 günlük Vətən müharibəsindən sonra Rusiyanın Qarabağa göndərdiyi sülhməramlı hərbi kontingentə rəhbərlik etmiş general Rüstəm Muradov Ukrayna döyüşlərinə göndərilib.
“Əyalətmedia.az” xəbər verir ki, bu fakt Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynadakı hərbi əməliyyatlara cəlb edilən “Vostok” hərbi kontinqentinə baş çəkərkən məlum olub.
Sergey Şoyqunu komanda məntəqəsində “Vostok” qrupunun komandiri general-leytenant Rüstəm Muradov qarşılayıb.
R.Muradov Rusiyanın müdafiə nazirinə döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib.
Müdafiə naziri Rüstəm Muradova Ukrayna ordusunun Donbas istiqamətində atışlar icra edən uzun mənzilli artilleriya və raket bölmələrini məhv etmək göstərişi verib.
Qeyd edək ki, “Vostok” hərbi birləşməsinə Rüstəm Muradovun rəhbərlik etməsi barədə əvvəllər məlumat verilməyib. Rüstəm Muradov 2019-cu ilin yanvar ayından Rusiya ordusunun Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsində çalışır.
Xatırladaq ki, Rüstəm Muradov 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Xəbəri paylaş