Özbəkistanda iğtişaş qurbanlarının sayı artıb
19-07-2022, 11:39 53 dəfə baxılıb
İyulun 1-2-də Özbəkistanın şimal-qərbində yerləşən Qaraqalpaqıstanda, Nukus şəhərində baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
"Əyalətmedia.az"ın “Kun.uz” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Xaet Şamsutdinov keçirdiyi brifinqdə deyib.
O, həkimlərin səylərinə baxmayaraq, daha 3 yaralının vəziyyətinin son dərəcə ağır olması səbəbindən dünyasını dəyişdiyini bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri qeyd edib ki 274 vətəndaşa tibbi yardım göstərilib, onlardan 16-sı tibb müəssisələrində qalır.
İğtişaşlar nəticəsində əhalinin əmlakına, dövlət və sosial infrastruktura xeyli ziyan dəyib.
Qarşıdurmalarda zərərçəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Zərərçəkənlər xidməti vəzifələrini yerinə yetirərkən bədən xəsarətləri almış 141 asayiş keşikçisi, sağlamlığına və əmlakına zərər dəymiş 16 vətəndaşdır.

Xəbəri paylaş