Zelenski Türkiyədən siyasi sığınacaq istəyə bilər – Eray Gülçülər

 
24-02-2025, 11:25           
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən hərbi yardımın olmaması və respublikada çevriliş təhlükəsi fonunda yaxın gələcəkdə Türkiyədən sığınacaq istəyə bilər.
Bunu Türkiyənin “Akşam” qəzetinin köşə yazarı Eray Gülçülər yazıb.
Jurnalistin fikrincə, əgər Zelenski Ukraynanın ərazi bütövlüyü məsələsində israr etsə, o zaman hər an dövlət çevrilişi ilə üzləşə bilər.
“Yaxın vaxtlarda Zelenski Türkiyədən sığınacaq istəsə, təəccüblənmərəm. Çünki ABŞ Ukraynada daha bir inqilab ssenarisi hazırlaya bilər” – köşə yazarı qeyd edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti