Tramp Putinə qəzəblənib -Rusiyanı yeni tariflərlə hədələyib

 
30-03-2025, 22:58           
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.


Ayalatmedia.az: Bu barədə Tramp “NBC News”-a müsahibəsində deyib.
Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.
“NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:
“Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.



Xəbəri paylaş


 
 


Xəbər lenti