RUSİYANIN FTX GENERALI ÖLÜ TAPILDI - Moskvanın mərkəzində...

 
21-07-2022, 14:24            123 dəfə baxılıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin 76 yaşlı general-mayoru Yevgeni Lobaçov Moskvada ölü tapılıb.
Bu barədə REN TV öz mənbəsinə istinadla xəbər yayıb.
Onun sözlərinə görə, zabitin meyiti iyulun 20-də, axşam saatlarında Kaçalinskaya küçəsindəki evlərdən birinin girişində tapılıb. Yanında TT tapançası olub.
Məlumata görə, Lobaçovun həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, iyulun 20-də günorta saatlarında gəzintiyə çıxıb və evə qayıtmayıb.
Mənbə dəqiqləşdirib ki, generalın səhhətində problemləri olub, həmçinin maddi sıxıntılar çəkib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

 



Xəbəri paylaş


 
 


Xəbər lenti