Baş nazir 8 avroluq geyiminə görə gündəm oldu (FOTO)

 
15-08-2022, 12:18            111 dəfə baxılıb
Finlandiyanın ən gənc Baş naziri kimi tanınan 34 yaşlı Sanna Marin həftəsonu ölkədə keçirilən musiqi festivalına qatılıb.

Əyalətmedia.az xəbər verir  ki, Marinin "Flow" festivalında çəkilmiş fotosu qısa zamanda sosial mediada gündəmə səbəb olub. Belə ki, izləyicilər  34 yaşlı Baş nazirin paltarının 8 avroya olduğunu açıqlayıblar. Baş nazirin fotolarına sosial şəbəkə istifadəçilərinin şərhləri gecikməyib. Bəzi istifadəçilər Marinin üslubunu və tez-tez belə tədbirlərdə iştirakını tərifləsələr də, digərləri Marini tənqid edərək, onun yarımştat baş nazir vəzifəsində çalışdığını bildiriblər. Sanna Marin daha əvvəl də ölkəsində keçirilən rok festivalına qatılmışdı və dəri gödəkçəli şort və çəkmələrlə verdiyi pozalar gündəmdə idi. 



Xəbəri paylaş


 
 


Xəbər lenti