Şimali Koreyaya bu halda iqtisadi yardım ediləcək - Cənubi Koreya AÇIQLADI

 
15-08-2022, 14:23            113 dəfə baxılıb
Şimali Koreya nüvəsizləşdirmə istiqamətində qəti addımlar atsa, ona iqtisadi yardım ediləcək.
əYALƏTMEDİA.AZ“ Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Yoon Suk-yeol bildirib.


Onun sözlərinə görə, Pxenyan administrasiyasının nüvəsizləşdirilməsi Koreya yarımadasında və bütün dünyada davamlı sülh üçün vacibdir.
“Şimali Koreya nüvə proqramını inkişaf etdirməyi dayandırsa və real nüvəsizləşdirmə prosesinə başlasa, bu təşəbbüs Şimali Koreyanın iqtisadiyyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”, – Yoon Suk-yeol deyib.
O həmçinin Şimali Koreyaya kənd təsərrüfatı istehsalının artırılmasına, səhiyyə infrastrukturunun yaxşılaşdırılmasına, beynəlxalq investisiya və maliyyə dəstəyi təşəbbüslərinin həyata keçirilməsinə kömək etməyi təklif edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti