Aİ nüvə sazişinin əldə olunması üçün ABŞ və İrana təzyiq edir

 
15-08-2022, 14:35           
Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək üçün ABŞ və İrana təzyiq edir.

Əyalətmedia.az TASS-a istinadən xəbər verir ki, Avropa nüvə sazişi ilə bağlı son təklifini bir neçə gün əvvəl edib: “Əgər bu həftə saziş əldə olunmasa, qorxuram ki, danışıqlar ABŞ-da noyabr ayında keçiriləcək seçkilərədək təxirə salınar”, - Aİ diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.

Məlumata görə, İran ABŞ-ın sazişdən imtina etməyəcəyi ilə bağlı zəmanət tələb edir. Avropa isə İranın neft potensialını nəzərə alaraq, sazişin mümkün qədər tez əldə olunmasına maraq göstərir.






Xəbəri paylaş


 
 


Xəbər lenti