Bu, Kiyevin şəxsən Putinə zərbəsidir - Piontkovski

 
16-08-2022, 12:06            101 dəfə baxılıb
Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Popasnada "Vaqner" qərargahını məhv etməsi şəxsən Putinə zərbədir.
Əyalətmedia.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Piontkovski deyib.
O bildirib ki, vaqnerçilərin Xerson vilayətində qalması siyasi nöqteyi-nəzərdən daha yaxşı olsa da, hərbi baxımdan oranı tərk etməlidirlər:
“Hərbi baxımdan indi Rusiya Baş Qərargahının vaqnerçiləri sağ sahildən çıxarması məqsədəuyğundur. Çünki onlar hazırda həssas və resurslardan məhrum vəziyyətdədir. Buna görə də hər an məhv edilə bilərlər”.
O qeyd edib ki, Hitler də öz dönəmində Putin kimi belə səhvlərə dəfələrlə yol verib.





Xəbəri paylaş


 
 


Xəbər lenti