Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olundu

 
1-07-2025, 11:40           
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
İmzalanan müvafiq sərəncamla bu vəzifəyə Fərid Əsgərov təyinat alıb.
O, bu təyinata qədər Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini olub.
Digər sərəncamla F.Əsgərova general-mayor ali hərbi rütbəsi verilib.
F.Əsgərov uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
İmzalanan başqa bir sərəncamla, Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib və Prezident Katibliyi yaradılıb. Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubov katibliyin rəisi təyin olunub.




Xəbəri paylaş


 
 


Xəbər lenti