Şuşa ziyalıları ilə görüş keçirilib - Fotolar
27-05-2022, 12:17 138 dəfə baxılıb
Bakı Avrasiya Universitetinin filologiya fakültəsində Şuşa ziyalıları ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Şuşa şəhər 9 №li tam orta məktəbin müəllimləri: Aygün İsayeva, Zöhrə Əhmədova, Nüşabə Məmmədova, Kəmalə Sadıqova, eyni zamanda şagirdlərdən Fəridə Səmədova, Fatimə Allahverdiyeva, Nəzrin Şirinli iştirak ediblər.
Qonaqlar Azərbaycanın musiqi beşiyinin tarixi, şəhərin erməni işğalından əvvəlki vəziyyəti və burada keçən xoş xatirələrini iştirakçılarla bölüşüblər. Buradakı 17 küçə, 17 bulaq, 17 məscid sənət məbədinin özünəməxsus adət-ənənələri, füsunkar təbiəti yada salınıb.
A.İsayeva ulu babası, Şuşa şəhərinin məşhur xanəndəsi Məcid Behbudov, qohumu, Xalq artisti R.Behbudov haqqında maraqlı məlumatlar verib.
N.Məmmədova I Qarabağ müharibəsində atasının itkin düşməsindən, dayısının şəhid olmasından bəhs edib. Şuşalılar doğma şəhərlərinin bədxah qonşularımız tərəfindən işğalını, yaşadıqları faciəli günləri ürək ağrısı, göz yaşları ilə yad ediblər. Azərbaycan Ordusunun II Qarabağ müharibəsindəki rəşadətini, Qarabağın tacı Şuşa şəhərinin qeyri-adi hərbi əməliyyatla, əlbəyaxa döyüşlə azad olmasını böyük fəxarətlə vurğulayıblar.
Xəbəri paylaş