Azərbaycan Zəngəzuru təzminat kimi geri ala bilər? - Ekspert danışır
11-10-2022, 12:07 102 dəfə baxılıb
Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda çıxış edən STM rəhbəri, millət vəkili Zahid Oruc deyib ki, ermənilərin son 30 ildəki "qəhrəmanlarının" əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Onun sözlərinə görə, Haaqa Tribunalı bu erməni cinayətkarları mühakimə etməliydi. Qurum sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: “Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir. Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər”.
Əyalətmedia.Az xəbər verir ki, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin bu təşəbbüsünü çox yüksək dəyərləndirib. Professor bildirib ki, deputat Zahid Oruc çox ciddi bir məsələ qaldırıb: "Zahid müəllimin ifadələrinin arxasında mühüm məqamlar dayanır. Terrorçuluq, vəhşilik erməni toplumunun xislətində var. Sətiraltı bəyan olunur ki, Ermənistanın "qəhrəman" saydığı şəxslərin hamısının əsas fəaliyyəti məhz terror və kütləvi qətllər olub. Deməli, ermənilər üçün "qəhrəmanlıq" türklərə soyqırım tətbiq etmək, günahsız, sivil insanları öldürməkdir. Bu, əsaslandırılmış, həm də ağılla irəli sürülmüş siyasi ideyadır. Bunu inkişaf etdirmək lazımdır. Azərbaycan dövləti tərəfindən əksər beynəlxalq qurumlara, məhkəmələrə kifayət qədər müraciətlər olub. Bu mənada görülən işlər təqdirəlayiqdir. Ukraynanın bərpası üçün ayrılan 500 milyard dollar isə ABŞ-ın layihəsidir. Amerika gözünü Rusiyanın sərvətlərlə zəngin olan torpaqlarına dikib. Vaşinqton bir neçə dəfə artıq xeyir götürməsə, heç bir halda heç bir yerə sərmayə qoymur. Ukrayna da yem kimi istifadə olunur. Zelenskini sevdikləri üçün ona yardım etmirlər".
C.Nuriyev növbəti kütləvi məzarlıqların da üzə çıxacağından əmin olduğunu deyib: "Dörd minə yaxın itkin vətəndaşımızın hamısı Ermənistana aparılmayıb. Əksəriyyəti işğal olunmuş torpaqlarımızda qul, nökər kimi işlədilib, işgəncələrlə öldürülüblər. O baxımdan erməni vəhşiliklərinin tamamilə ifşa olunması üçün ciddi işlər görülməlidir. Məsələ Milli Məclisə daşınmalı, yeni qanun layihəsi hazırlanmalıdır. Təkcə Xocalı soyqırımı ilə bağlı deyil, bütövlükdə Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni hərəkətləri, işğal və dəymiş ziyan barədə qanun layihəsi hazırlanmalıdır. Qanunla müvafiq qurumların üzərinə öhdəlik, məsuliyyət qoyulmalıdır. 30 il ərzində Azərbaycana vurulmuş ziyan tam hesablanmalı, təzminatın məbləği müəyyənləşməlidir. Bunlar dəqiq hesablandıqdan sonra Ermənistandan kompensasiya tələb edilməlidir. Təbii ki, Zahid müəllimin də təklifi ağlabatan və çox yerindədir. Almaniya borc müqabilində Yunanıstanın iki adasını alıb, yəni belə presedent var. Onsuz da Ermənistan böyük məbləğdə borcu ödəmək gücündə deyil. Əvəzində Azərbaycan Zəngəzuru təzminat kimi geri ala bilər".
Əyalətmedia.Az

Xəbəri paylaş