TƏCİLİ: İran Azərbaycana qarşı açıq TƏHDİDə keçdi: “Biz gəlirik…” – detallar “Canlı debat”da
18-10-2022, 14:10 110 dəfə baxılıb
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, İran İnqilabının Keşikçiləri Korpusu oktyabrın 17-də SEPAH-ın Quru Qoşunlarının Azərbaycanla sərhədə canlı qüvvə, zirehli texnika, Araz çayından keçmək üçün üzən körpülər və digər hərbi qurğular göndərib.
Bununla bağlı, SEPAH-ın “Tvitter” kanalı “TƏCİLİ” qrifi ilə İran əsgərinin Araz çayının Azərbaycanla sərhəddə Xudafərin körpüsü yaxınlığında durduğu və İran ordusunun üzən körpülərinin Araz çayının üzərində açıldığına dair videorolik hazırlayıb.
Videonun altında yazılır: “SEPAH “işğal altındakı Şimali Azərbaycan əyalətində” (Bakı) yaşayan iranlılara mənalı mesaj göndərib”.
Habelə Quran ayəsindən sitat gətirilir: “O zaman ki, biz dənizi yardıq və sizi xilas etdik”.
Bununla da, SEPAH Azərbaycanı hədələyərək mesaj verir ki, İran ordusu hər an Araz çayı üzərindən keçərək dost, müsəlman, qonşu, eyni dil, din və mədəniyyətin daşıyıcısı dediyi bir ölkəyə hərbi təcavüz etmək üçün hazır vəziyyətə gətirilib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat

Xəbəri paylaş