İstanbulu qana bulayan PKK-çı qadın həbs olundu! Saxlanma anı - FOTO, VİDEO
14-11-2022, 12:35 141 dəfə baxılıb
Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış törədən PKK/PYD terror təşkilatının qadın üzvü saxlanılıb.
Əyalətmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: "Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik".
"Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır".
"Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır", - yaralıların durumu ilə bağlı məlumat verən nazir qeyd edib.
Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
02:0902:09

Xəbəri paylaş