Vaqif Əsədov təqaüdə göndərildi

 
13-06-2022, 13:17            70 dəfə baxılıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərək təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Məlumatı Vaqif Əsədov özü “Qafqazinfo”ya təsdiq edib.
Qeyd edək ki, V.Əsədov uzun müddət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi və mətbuatla əlaqələr üzrə məsul şəxs olub.



Xəbəri paylaş


 
 


Xəbər lenti