NAXÇIVANDAKI BÜTÜN NAZİRLİKLƏR BAKIYA TABE ETDİRİLİR - Baş idarələrə çevrilir
25-11-2022, 13:25 224 dəfə baxılıb
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlar ölkə gündəminin əsas mövzularından biri kimi diqqətlə izlənir. İddiaya görə, muxtar respublikanın Gömrük Komitəsinin bəzi əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər, kabinetlərdə isə axtarışlar aparılıb. Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzovun komitənin inzibati binasına buraxılmadığı da deyilirdi.
Qeyd edək ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb. İsa Həbibbəyli “Unikal”a açıqlamasında Naxçıvan Gömrük Komitəsində yoxlama aparıldığını təsdiqləyib.
“Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur”, - deyə, o bildirib.
Qeyd edək ki, son vaxtlar Naxçıvan MR rəhbərliyi ətrafında maraqlı hadisələr müşahidə edilir. Bildirilir ki, Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun YAP-ın 30 illik yubileyi keçirilən gün Bakıda olduğu, lakin tədbirə dəvət olunmadığına dair iddialar var. Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır. Məlumatlara görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsni təmin etməkdir.
Onu da bildirək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə tabe olan Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. Bundan əvvəl isə sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək onun bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı.
İddialar var ki, Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması vacib hesab edilir. Naxçıvan Muxtar Respublikasının nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər. Eləcə də rayonların icra hakimiyyətləri. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin ləğvinin də gündəmdə olduğu deyilir. Bütün bu məsələlərlə bağlı idarəetmədə islahat xarakterli addımlara qarşı V.Talıbovun müqavimət göstərə biləcəyi ağlabatan görünmür, amma belə iddialar da v
Maraqlıdır ki, bir neçə gün əvvəl Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etmişdi. M.Əliyev Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirib və məruzələri dinləyib. Bu əlbəttə ki, sıradan səfər deyildi.
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsavat.com-a açıqlamasında öncəliklə Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən söz açıb: “Mən ilk olaraq, onu deyim ki, Dövlət Təhlükəsizlik Xidməti son illərdə göstərdiyi fəaliyyətlə özünü ən yüksək pillədə göstərməkdədir. Etiraf edək ki, peşəkar çekist kimi ölkə prezidenti İlham Əliyev tərəfindən DTX-ya rəhbər təyin edilən Əli Nağıyev və onun formalaşdırdığı komanda sözün həqiqi mənasında dövlətin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi olaraq, xarici təhdidlərə qarşı bir müddət öncə İran kəşfiyyat şəbəkəsinin ölkəmizdə ifşa olunması ilə bağlı atılan addımlar və bununla bağlı ciddi uğurlu əməliyyatların həyata keçirilməsini qeyd etmək yerinə düşür.
Digər tərəfdən dövlətçiliyimizə hər halda təhlükə törədən korrupsiya hallarına, eləcə də, xoşagəlməz hərəkətlərlə əlaqədar həyata keçirilən əməliyyatlar ənənəvi hal alıb. Bu dövlətçiliyimizin güclənməsinə verilmiş olan əhəmiyyətli töhfələrdir. Digər tərəfdən, ölkə rəhbərinin 2019-cu ildən başlayaraq, bütün istiqamətlərdə həyata keçirmiş olduğu islahatlar, həm də köklü islahatlar davam etdirilir. Onların içərisində struktur islahatları önəmli yer tutur.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasının nazirliklərinin komitələrinin Azərbaycan nazirliklərinə, komitələrinə bir hissəsi kimi birləşdiriləcəyi ilə bağlı həyata keçirilən tədbirlər, islahatlar effektiv nəticə verə biləcək islahatlardır. Bir neçə il bundan öncə belə islahatların həyata keçirilməsi çətin olardı. Hətta deyərdim ki, mövcud reallıqlarla üst-üstə düşməyə də bilərdi. Amma 44 günlük müharibədən sonra biz təkcə işğal altında olan torpaqlarımızı azad etmədik, eyni zamanda, Azərbaycan dövlətçiliyi özünün digər üstün tərəfləri ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu islahatlar artıq daha dərin xarakter almağa başlayıb. Eyni zamanda, mənə elə gəlir ki, Naxçıvanda müstəqil fəaliyyət göstərən nazirliklərin, komitələrin Azərbaycanın mərkəzi strukturlarına tabe etdirilməsi doğru addım olardı. Təbii ki, davamlı və dərin islahatların aparılması üçün vacib şərtlərdən biridir”.

Xəbəri paylaş