GÖMRÜK KOMİTƏSİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİR - Saxlanılanlar var (Yenilənir)

 
26-01-2023, 12:03            81 dəfə baxılıb
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.
İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.
Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var.
İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb
Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində anti-korrupsiya əməliyyatı keçirib.
Hazırda əməliyyat Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində davam edir.
Əməliyyatla bağlı "unikal.az"-ın məlumatına görə, artıq saxlanılanlar var. Saxlanılanlardan biri həmin idarənin inspektoru vəzifəsində çalışan Şahin İsgəndərovdur.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
"Report"un xəbərinə görə, hazırda İdarə ərazisində əməliyyat tədbirləri aparılır.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti  təsdiqləyib.
Bildirilib ki, əməliyyat barədə əlavə məlumat veriləcək.




Xəbəri paylaş


 
 


Xəbər lenti