Hacı Şahin Həsənli dünyasını dəyişib
2-03-2023, 11:01 122 dəfə baxılıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.
“Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”, – sosial şəbəkə səhifəsində qeyd olunub.
Hacı Şahin Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
1998–2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Xəbəri paylaş