Təcili: Ordumuz Xankəndi ətrafında halqanı daraldır – Separatçıların “yox” deməsi…

 
14-03-2023, 15:53            145 dəfə baxılıb
Xankəndindəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib.
Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib.
İddia ediblər ki, “Qarabağ münaqişəsi” hələ də mövcuddur və erməni əhalisinin “hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar olduğu halda mümkün ola bilər”.
Növbəti görüşün Bakıda keçirilməsini təklif edən Prezident Administrasiyası iki məsələnin müzakirə ediləcəyini açıqlamışdı: reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələri.
Hazırda erməni əhalisi üzərində hələ də nəzarət imkanı olan separatçıların bundan imtina edəcəyi gözlənilən idi. Çünki görüş üçün Bakıya gəlmək reinteqrasiyanı qəbul etmək deməkdir. Lakin bundan imtina etmək də separatçı rejimi çətin vəziyyətə salır. Əslində rəsmi Bakı bu təkliflə siyasi gediş etdi. Təklifi qəbul etmək Bakının şərtlərini qəbul etmək olduğu kimi, imtina etmək də Bakıya imkan verir ki, “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərsin, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı ilə də legitimləşdirsin.
Təklifdən imtina edilməsini Xankəndi ətrafında halqanın daralması kimi də qəbul etmək olar. Azərbaycan həm təmasların bərpa edilməsi, həm də “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” məqsədilə Qarabağda anti-terror əməliyyatına başlaya bilər.
“Hraparak” nəşrinin yazdıqları bu kontekstdə diqqət çəkir. Nəşr yazır ki, Qarabağ ətrafında dairə sıxlaşır.
“Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusu Şuşada və Ağdərədə hazır vəziyyətdədir. Xankəndi hər tərəfdən mühasirəyə alınır”, – nəşr iddia edir.





Xəbəri paylaş


 
 


Xəbər lenti