Sərhəddə Azərbaycana qarşı təxribat – Arxasından yenə o ölkə çıxdı

 
11-05-2023, 11:30            92 dəfə baxılıb
“Ermənistana hərbi zərbələr endirilməli, Zəngəzur dəhlizinin açılması üçün zəmin yaradılmalıdır”.
Ermənistanın Azərbaycanla sərhəddə son təxribatını şərh edən politoloq Məhəmməd Əsədullazadə belə deyib.
Onun sözlərinə görə, Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi artilleriya və PUA-lardan istifadə etməklə pozan İrəvan Brüssel görüşünə “əlini gücləndirərək” getmək istəyir:
“Görünən budur ki, Ermənistan Rusiyanın təhriki ilə Vaşinqton prosesini pozaraq, Moskva variantına üstünlük vermək üçün bu təxribatlara əl atır. Moskva variantı separatizmi özündə əks etdirir, Rusiya qeyri-müəyyən gələcəkdə Qarabağ separatçılarına “status”un verilməsində maraqlıdır.
Ermənistan bu təxribatla danışıqları pozaraq sülhdən yayınmaq üçün zəmin yaratmağa çalışır. Nikol Paşinyanın ötən gün təhlükəsizlik orqanlarının toplantısını keçirməsi, baş verənlərin arxasında birbaşa onun dayandığını göstərir. O, bununla Brüssel və Kişinyovda gözlənilən görüşləri sual altına atmaq istəyir”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ-ın vasitəçiliyinin davam etdiyi müddətdə Rusiyanın Ermənistanla birlikdə sərhəddə təxribatlar törədəcəyi gözlənilən idi:
“Rusiya Qərbin iştirakı ilə sülh müqaviləsinin bağlanmasını istəmir. İradəsi özündə olmayan Paşinyan da Moskvanın təhriki ilə prosesi sabotaj edir. Hesab edirəm ki, əgər ABŞ dediyi kimi konkret nəticə istəyirsə, Ermənistana təzyiq etməlidir, bu olmayana qədər danışıqlar nəticə verməyəcək. Çünki Ermənistan təkcə Rusiyanın yox, bir sıra güc mərkəzlərinin əllərində oyuncaqdır. Onu və Ermənistanı ancaq sərt təzyiq və təhdidlərlə masa arxasında oturtmaq mümkündür.
Hesab edirəm ki, Azərbaycan ordusu Ermənistana hərbi zərbələr endirməli və Qarabağdakı silahlı erməni birləşmələrinə qarşı əməliyyatlara başlamalıdır. Laçın yolunun başlanğıcında qoyulan sərhəd-buraxılış məntəqəsi isə bağlanmalıdır. Növbəti addım isə Zəngəzur dəhlizinin açılması olmalıdır”.



Xəbəri paylaş


 
 


Xəbər lenti