Növbə Xocalı qatillərinə çatdı

 
31-07-2023, 11:31            93 dəfə baxılıb
Xocalının Meşəli kəndində 25 azərbaycanlını öldürən, 14 nəfəri yaralayan, 358 nəfəri öz yurdundan didərgin salan erməni cəlladlarından Xaçatryan Vaqif Çerkezoviçin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılması barədə artıq məlumatınız var.
Bu şəxsin kimliyi barədə Azərbaycanın əlində yetəri qədər məlumat var və onun Xocalıda azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayət faktları barədə informasiya kifayət qədərdir. Laçın postundan məsum görməkli Vaqif Xaçatryanın aradan çıxmaq cəhdi baş tutmadı. Təbii olaraq Qarabağdan Ermənistana keçmək istəyərkən qorxu içində olduğu aydın sezilirdi. Çünki bilirdi ki, Azərbaycanın müvafiq dövlət instansiyalarında onun 30 il əvvəlki cinayətləri barədə məlumatlar mövcuddur. Lakin görünür Xaçatryan bir gün etdiklərinin cəzasın çəkəcəyi o vaxtın bu qədər yaxın olduğunu düşünməmişdi.
Azərbaycanın əlində Xaçatryan vəhşiliyi, vandallığı, genosidi barədə elə materiallar mövcuddur ki, bu, rəsmi Bakıya imkan verir ki, Azərbaycanın cinayət məcəlləsinə uyğun şəkildə əli günhsız yüzlərlə insanın qanına batan Xaçatryan və onun kimilərə layiqli cəzanı kəssin.
Xaçatryanın silsilə cinayətləri sırasından yayılan bir videoda demək opar hər şey açıq-aydın ortaya çıxır. Belə ki, 2001-ci ildə lentə alınan videoda erməni əsirliyindən xilas olan azərbaycanlı Mail Məmmədov adlı şəxs erməni silahlıları tərəfindən məruz qaldığı işgəncələr barədə başına gətirilən və şahidi olduğu çox dəhşətli, tükürpədici hadisələrdən bəhs edir.
İşgəncə verənlərin də adını qeyd edən Mail, həmin şəxslərdən birinin adının Vaqif olduğunu bildirir. Artıq hər şey ortada. Söhbət elə ötən gün Laçın Sərhəd Buraxılış Məntəqəsində Qarabağdan Ermənistana qaçmaq istəyərkən ələ keçən Vaqif Xaçatryandan gedir.
Mail bildirir ki, Xaçatryan və onun “silahdaşları” azərbaycanlı əsirləri yerə yıxıb başlarını əzirdilər, xaç və digər işarəli dəmir parçalarını qızdırıb əsirlərimizin bədənlərinin müxtəlif nahiyyələrinə basırlarmış. Bunlar sadəcə sözügedən Xocalı qatilinin törətdiyi vəhşiliklərdən bir sərin şahidi olduğu məqamlardır.
Laçın postunda saxlanılan Xocalı qatili Vaqif Xaçatryan 1996-1997-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub. Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımılarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu özünün sürücüsü təyin edib.
İstisna edilmir ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış Xaçatryan kimi cinayətkarların, əlləri günahsız azərbaycanlıların qanına batmış, soydaşlarımıza qarşı qətliamların iştirakçısı olmuş erməni silahlılarının sırasında fəaliyyət göstərmiş və yaxud göstərənlərin adının daxil edildiyi siyahı var. Böyük ehtimalla onları da yaxın gələcəkdə Xaçatryanın aqibəti gözləyir.
Konkret desək, erməni separatçıları sərhəddə Xaçatryanın həbsi hadisəsindən özləri bu nəticələri çıxarmalıdır:
– Torpaqlarımızın işğalında və qətliamlarda iştirak edənlərin Laçından Ermənistana keçidi mümkün deyil, belələrin sayı isə az deyil.
– Separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblar, bu halda onlarla bağlı amnistiya da mümkün deyil.
Təəssüflər olsun ki, bu hadisə eyni zamanda bir məsələni yenidən aktuallaşdırmış olur. Söhbət Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xaçatryanı xəstə qiyafəsində Ermənistana qaçmaqda yardımçı olmasıdır. BQXK-nin müharibə cinayətkarlarına kömək etməsi və ədalətdən gizlətməsi heç də yeni xəbər deyil. 2011-ci ilin mayında İngiltərənin “The Guardian” nəşrində İkinci Dünya müharibəsindən sonra BQXK-nin minlərlə nasist cinayətkarına və əməkdaşına gizlənməyə necə kömək etdiyi barədə qalmaqallı məqalə də dərc olunmuşdu.
Lakin Ermənistan və onun havadarları, ermənipərəst dairələr bir şeyi bilməlidirlər ki, nəyinki Beynəlxalq Qırmızı Xaç Komitəsi, heç onlar da azərbaycanlıların ölümündə günahkar olanları, azərbaycanlılara qarşı qətliamlar, soyqrımlar törədənləri bundan sonra xilas edə bilməyəcək.
Xocalı soyqrımını törədənlərdən biri – Vaqif Xaçatryan Laçın postunda saxlanılması və onun bundan sonra edəcəyi etirafları digər qatillərin ifşa olunması, bu soyqırımın tanıdılması baxımından da olduqca böyük əhəmiyyətə malikdir. Bu hadisə həm də Xocalı qatillərinin hamısının bir gün məhkəmə qarşısında cavab verəcəyi inamını bir qədər də artırmış oldu. Necə deyərlər, qisasımız qiyamətə qalmayacaq.





Xəbəri paylaş


 
 


Xəbər lenti