Amma görünəni odur ki, "Bytelecom" da tam mükəmməl deyilmiş və ondan da narazılıqlar var...

DİA.AZ bildirir ki, "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elşad Rəşidov adlı istifadəçi "Bytelecom"dan narazılığını ifadə edib. Dia.az olaraq şikayətçinin qeydlərini təqdim edirik:
"Şikayətim "Bytelecom"dandır. Bu şirkətdən "Lenovo" noutbuku almışam. 3 ay yoxdur işlədirəm, artıq ekranı yanıb. Özü də işlətdiyim yerdə...
Şirkətə üzləşdiyim problemi demişənm. İndi də məhsulu dəyişmək istəmirlər. Mən təzə məhsulun pulunu ödəmişəm nəğd formada...
Bu məslələrə bir çarə lazımdır. Özümüz öz millətimizi aldadırıq. Bunun başqa adı yoxdur..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

24-06-2022, 13:57 


























