Təyyarə qəzası: Əliyev tələbində haqlıdır – Şevçenko



Bunu rusiyalı jurnalist Maksim Şevçenko “Qafqaz Bürosu”na müsahibəsində deyib.
“Azərbaycanda qiymətləndirmə tonunu Azərbaycan Prezidenti müəyyən edir. Bu, daha ciddi məsələdir və təbii ki, Azərbaycan Prezidentinin nəinki haqqı var, həm də üzərinə düşən vəzifəni yerinə yetirir. Çünki Azərbaycan təyyarəsi faciəvi şəkildə qəzaya uğrayıb, Azərbaycan vətəndaşları həlak olub və məncə, bununla bağlı heç bir sual ola bilməz. Prezident Əliyevin verdiyi suallar fundamental əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələləridir.
Həmişə Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlərin tərəfdarı olmuşam. Buna əsaslanaraq və bütün problemləri bütövlükdə qiymətləndirsək, deyərdim ki, həllini tələb edən suallar yığılıb. Daha konkret desək, bu suallar prezidentlər səviyyəsində dialoq tələb edir, prezidentlərimiz arasında həmişə çox yaxşı şəxsi münasibətlər, çox gözəl dialoq olub”, – o bildirib./axar.az
Xəbəri paylaş