Bakıda avtobusda bıçaqla qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı (VİDEO/YENİLƏNİB)

 
20-05-2025, 11:23           
Bakıda ictimai nəqliyyatda kəsici alətlə (bıçaq) qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
10.01
 
Bakıda avtobusa əlibıçaqlı qadın sərnişin daxil olub.

Oxu.Az-ın məlumatına görə, qadın digər sərnişinlərin qorxuya düşməsinə səbəb olub.

Belə ki, sərnişinlərin çoxu bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Həmin görüntüləri təqdim edirik:






Xəbəri paylaş


 
 


Xəbər lenti