Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs HƏBS EDİLDİ

 
17-08-2022, 13:06            80 dəfə baxılıb
Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.
Əyalətmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunub.
Cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bəxtiyar Qarayevin cinayət əməli sübuta yetirilərsə, onu on dörd ildən iyirmi ilədək müddətə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.



Xəbəri paylaş


 
 


Xəbər lenti