Bakıda ərəb idman edərkən ÖLDÜ

 
17-08-2022, 13:09            57 dəfə baxılıb
Bakıda əcnəbi vətəndaş idman edərkən ölüb.
Əyalətmedia.az xəbər verir ki, hadisə avqustun 16-sı səhər saat 06:30 radələrində paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin yaxınlığında yerləşən Ağ şəhər bulvarında qeydə alınıb.

Belə ki, Küveyt vətəndaşı, 1964-cü il təvəllüdlü Faisal Aha Albahar idmanı məqsədilə qaçarkən qəflətən ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbəri paylaş


 
 


Xəbər lenti