DSX-yə ağır suallar: 23 günlük əsgər niyə həyatını itirdi? - O NECƏ SƏFƏRBƏR EDİLİB Kİ?

 
Bu gün, 12:26           
23 günün əsgəri vəfat edib.
Bakupost.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Hüseyn Həmzə oğlu Əsədovun ölümü sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Yayılan məlumatlara görə, əsgər sıra baxışı zamanı qəfil yıxılıb və həyatını itirib.

Hadisədən sonra sosial şəbəkələrdə DSX-yə çoxsaylı suallar ünvanlanıb. İstifadəçilər gənc əsgərin hansı səbəbdən öldüyünün açıqlanmasını, onun sağlamlıq vəziyyəti və tibbi komissiyadan necə keçməsi ilə bağlı məsələlərin araşdırılmasını tələb edirlər.

Paylaşımlarda qeyd olunur ki, əgər əsgərin hər hansı xəstəliyi olubsa, onun hansı əsasla hərbi xidmətə yararlı hesab edildiyi cəmiyyətə izah olunmalıdır.

Xatırladaq ki, bu ilin aprel ayında da Dövlət Sərhəd Xidmətində ölüm hadisəsi baş vermişdi.











Xəbəri paylaş


 
 


Xəbər lenti