Son 14 gündə 29 narkotacir tutulub, 120 kq narkotik götürülüb - VİDEO
9-09-2022, 11:57 81 dəfə baxılıb
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən və onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən mütəşəkkil dəstənin daha 29 nəfər üzvü saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 7057 ədəd psixotrop tərkibli həb aşkar edilib.
Daxil olan məlumat əsasında həyata keçirilən xüsusi əməliyyatlar zamanı Surxay Mikayılov Astara rayonu, Urfan Məsmalıyev Gəncə şəhəri, Talehə Paşayeva və Cabir Məmmədov isə paytaxt ərazisində tutulublar.
Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 103 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 29 kiloqram heroin, 12 kiloqram tiryək, 13 kiloqram metamfetamin, 49 kiloqram marixuana, 7000 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib.
Adları çəkilən şəxslər paytaxt Bakı, həmçinin cənub və qərb bölgələri üzrə narkotiklərin əsas tədarükçülərindən biri olublar. Adları çəkilən 4 nəfərin şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirlərinin davamı narkotiklərin intensiv satışını təşkil edən daha 25 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 17 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
"Bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa, “ağ ölüm”lə mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırırıq", - məlumatda qeyd edilib.

Xəbəri paylaş